Satış üzrə agentlər tələb olunur!
Biz fəal və aydın məqsədli insanları şirkətimizin müştəri şöbəsinə işləməyə dəvət edirik. Əsas iş yerindən ayrılmadan əlavə gəlir əldə etmək istəyən , müştəriləri şirkətə xidmət üçün cəlb etməyi ( həm hüquqi, həm də fiziki şəxslər) və onun xidmətlərini satmağı bacaran ( broker xidməti, aktivlərin idarə olunması, təlim ) hər hansı istənilən mütəxəssis ( peşəkar və yaxud qeyri peşəkar) bizim sales-agentimiz ola bilər. Sales-agentlər şirkətin tam analitik, məlumat, reklam və məsləhət yardım ilə təmin olunurlar.
Sales-agentin maddi mükafatlandırılması cəlb elədiyi müştərilərə görə Şirkətin gəlirlərindən asılıdır ( şirkətin gəlirlərinin 20% ) . Müvəffəqiyyətli sales-agent kimlər ola bilər :
İnvestisiya şirkətlərin və bankların əməkdaşları ( mühasiblər, auditorlar, treyderlər, müştəri menecerləri, bek-ofislərin əməkdaşları), əlavə gəlir əldə etmək istəyənlər və yaxud ixtisasını və şirkətini dəyişmək istəyənlər.
Maliyyə bazarına heç bir münasibəti olmayan , lakin «İnforex» şirkətində işləmək istəyən tanışları olan insanlar.
Öz əsas məhsulları ilə bərabər bizim şirkətimizin xidmətlərini təklif edə bilən ayrı sahələrdən olan peşəkar satıcılar.
Rezyumenizi ( anketinizi) email vasitəsilə bu ünvana : info@inforex.az "agent" işarəsi ilə göndərin.