FOREX
nədir
Valyuta bazarı - valyuta bazarının iştirakçıları arasında
keçirilən alqı-satqı, hesablamalar və xarici valyutalarının
konkret şərtlər əsasında ( məbləğ, mübadilə kursu, zaman)
ssudaya verilməsi əsasında keçirilən bütün konversiya
əməliyyatlarının cəmini özündə əks etdirir. Bir valyutanın
digər valyutaya dəyişdirilməsi üzrə aparılan hazırki
konversiya əməliyyatları - valyuta əməliyyatlarının əsas
hissəsini təşkil edir. Konversiya əməliyyatları barəsində
ingilis dilində Foreign Exchange Operations sabit termin
qəbul edilmişdir, qısa forması FOREX və ya FX.
Forex dörd regional bazarı özündə
birləşdirir: Asiya, Avropa, Amerika,
Avstraliya(Okeaniya).Mübadilə əməliyyatları həftənin bütün
iş günləri ərzində həyata keçirilir. Bazar sutka ərzində 24
sat fəaliyyət göstərir.Demək olar ki, hər bir saat
qurşağında valyuta ticarəti həyata keçirmək niyyətində olan
dilerlər vardır. Nisbətən
iri beynəlxalq bankları(Deutsche
Bank,
Barclays, UBS, Citybank,
JP Morgan, HSBC,
Standard Chartered Bank) bu bazarda
gündəlik əməliyyat dövriyyəsi milyardlarla dollar həcminə
çatır. Spot tipli ticarət əməliyyatları və ya birbaşa
konvertasiya əməliyyatları bütün əməliyyatların
40% təşkil edir.
Valyuta bazarları ilə əlaqədar informasiya
mənbəələri -real zaman anına valyuta məzənnələri haqqında
məlumatları
REUTERS, DOW JONES, CQG, BLOOMBERG, TENFORE
kimi beynəlxalq informasiya agentlikləri
tərəfindən ötürülür.
Forex bazarında həyata keçirilən
ticarət əməliyyatlarında iştirak edən valyutalar ABŞ dolları
(USD), AVRO( EUR), Yapon Yeni (JPY),İsveçrə Frankı (CHF) və
Böyük Britaniya funt-sternlinqidir (GBP).