FOREX-da necə qazanmaq olar
FOREX bazarında müxtəlif vaxtlarda müxtəlif valyutaların alqı və satqı məzənnələrinin arasında yaranan fərqin sayəsində – valyuta ticarətindən gəlir əldə olunur. Aydınlıq üçün aşağıda 2004-ci ilin may ayı üçün EUR/USD valyuta məzənnəsinin hərəkət
çartı göstərilib.
Təsəvvür edək ki, nöqtə 1-də ticarət sistemi, amerika dollarının əleyhinə AVRO valyutasının alınmasına siqnal verir. 2-nöqtədə isə əks əməliyyat aparılır, yəni avro satılır və dollar alınır. İndi isə çətin olmayan arifmetik hesablamalar aparaq və nəticədə alınmış gəliri hesablayaq.
Zəmanət depoziti - 20'000 dollar, bankın dayağı – 1:100, 200'000 AVRO alınıb, dayaq imkan verirdi ki, 200'000 AVRO alınsın,
riski minimuma gətirmək üçün
ə
məlittatda depozitin məbləğindən 10% qoyulmuşdur.
Nöqtə 1 – 05.25.04 il ( 10:00) – pozisiya
nın açılması - 200'000 EUR, alış məzənnəsi – 1.2020.
Nöqtə 2 - 05.25.04 –ci il (15:00) – pozisiya bağlanır - 200'000 EUR satılıb, satış məzənnəsi – 1.2070 .
05.25.04-ci il (10:00) : 200'000 X 1.2020= 240' 400 USD, 240' 400 USD –ə - 200 min. EUR alınıb.
05.25.04 il (15:00).: 200'000 X 1.2070= 241'400 USD - 200 min. EUR, 241'400 USD-ə satılıb.
Nəticə: 241'400 -240'400= 1000' USD - əldə olunmuş gəlir.
Əlbəttə ki, maksimum olaraq - 2'
000'000 AVRO almaq olardı, bank və ya broker şirkətinin həvalə etdiyi 1:100 dayağı sayəsində və 10' 000 dollar məbləğində gəlir əldə etmək olardı. Lakin bu çox böyük və özünü doğrulda bilməyən bir
riskdir və əgər valyuta məzənnəsi bizim fikirləşdiyimiz istiqamətdə hərəkət etməsəydi, o zaman böyük itkilərə səbəb olacaqdır .
Tranzaksiya yekunlaşıb, pozisiya bağlanıb, dayaq bank (broker şirkətinə) qaytarılıb, gəlir investorda qalır.
5 saat ərzində 1000 USD və ya 20' 000 USD birinci məbləğdən – 5% gəlir əldə olunur.