| |
 |
|
|
FOREX-in üstünlükləri
Dünya maliyyə bazarında FOREX Beynəlxalq valyuta bazarı əsas yer tutur . Bazar - öz miqyasının , yüksək satıla bilmə və gəlirlik qabiliyyəti sayəsində , investorlar üçün ən cəlb ediji bazarlardan biridir. FOREX –in valyuta bazarında pul vəsatilərinin qoyuluşu - müasir biznesinin ən perspektivli və gəlirli istiqamətlərindən biridir , bu bazarda investisiyalar böyük dividentlər gətirir.
Forex-ın başqa bazarlardan əsas üstünlükləri nədədir? Bu üstünlüklərin sayəsində valyuta bazarı bütün dünyada yüzminlərlə , yeni və yeni investorları cəlb edir. Bir neçəsini göstərək:
Bazarın əlverişliyi.
FOREX bazarında işə başlamaq üçün , hər hansı bir bankda və ya maliyyə sektorunda xidmət göstərən, broker şirkətində ticarət-girov hesabını açın və hesaba kredit dayağını almaq üçün zəmanət marjasını - pul vəsaitini keçirdin.
Kontraktda göstərilən tam məbləğ olmasa da, valyutanın alışı və satışı mümkündür.
Sazişlərin bağlanması üçün ancaq ilk
marja ( zəmanət depoziti-girov) keçirdilir, bundan sonra kontraktların bağlanması mümkün olur və onların həcmi qoyulmuş vəsaitlərin həcmindən
3-200 dəfə artıq olur.
Hər hansı istiqamətdə, hər hansı valyuta və ya kross-kurs üzrə pozisiyanın açılması.
Ticarət hesabında təminat kimi keçirdilmiş , ABŞ dollarını saxlamaq kifayətdir ki, hər hansı bir istiqamətdə hər hansı valyutanı və kross-kurs valyutanı almaq və satmaq imkanı olsun.
Bazarların gecə-gündüz fəaliyyəti.
Yeganə bazardır ki, gün ərzində 24 saat fəaliyyət göstərir. Asiyanın, Amerikanın və Avropanın maliyyə bazarlarının bir qlobal kommunikassiya şəbəkəsinə birləşməsi sayəsində maliyyə bazarlarında işləmək imkanı daha da mümkün olub. Vayuta bazarına gecə-gündüz giriş imkanı ən əlverişli vaxtda və ən yaxşı qiymətlə pozisiyaların açmaq və bağlamaq imkanı verir.
Yüksək satılma qabiliyyəti(Likvidlik).
.
Gündəlik böyük həcmli bağlanmış sazişlərin sayəsində , FOREX bazarı dünyada ən satılma qabiliyyəti olan bazarlardan biridir. Dünya bazarında olan qiymətlərə əsasən hər zaman pozisiyaları açmaq və bağlamaq olar.
Bağlanmış sazişlərin operativliyi.
Sazişin bağlanması üçün, kifayətdir ki, İnternet vasitəsilə və yaxud telefonla brokerinizdən sizi maraqlandıran valyutanın qiymətini tələb edəsiniz və brokerin, təklif elədiyi qiymət sizi təmin edərsə , valyutanın alınması və satılması barədəsində göstəriş verə bilərsiniz.
Saziş o vaxt bağlanmış hesab edilir ki, bankın dileri kontraktda olan valyutanın məbləğini və qiymətini alınması və satılması faktını təsdiq eləyir.
Komissiyonlıların olmaması.
FOREX bazarında, başqa bazarlardan fərqli olaraq, adətən komissiyonlılar olmur. Brokerin ( bankın və ya broker şirkətinin ) Forexda - mənfəətin əldə olunması üçün vacib olan əsas – spreddir – alınmış və satılmış valyutanın qiymətləri arasında olan fərq. Spred həm də göstərilən xidmətlərin ödənişi deməkdir.
Məxfillik.
Hesabın açılması faktı barədə məlumat, hesabın ölçüsü, xüsusiyyəti və əməliyyatların nəticələri gizli saxlanılır.
Kapitalın möhkəm valyutada qoyulması.
Ticarət hesabına vəsait ABŞ dollarında yerləşdirilir. Hər dəfə dəyişən kotirovkaya uyğun olaraq açılmış pozisiyalar dalbadal dollara hesablanır.
Pullar etibarlı qərb bankında saxlanılır.
Ticarət hesabı etibarlı qərb banklarında açılır .
ABŞ dollarında mədaxil ( gəlir ).
Konversiya əməliyyatlarından gələn mənfəət (
qazanc) möhkəm valyutada - ABŞ dollarında fiksasiya olunur. Hər hansı bir ölkədə qazanılmış pulları istifadə etmək imkanı yaranır.
Əməliyyatların təklükəsizliyi.
Məhsulun istehsalı və satışı ilə, malın alınması, daşınması, saxlanılması və kömrük ilə bağlı heç bir təhlükə yaranmır.
İnvestor tərəfindən tam nəzarət.
İnvestor öz pul vəsaitlərini tamamilə nəzarətdə saxlayır. İnvestor tərəfindən təyin olunmuş treyder FOREX bazarında əməliyyatları yerinə yetirir və hesabın vəziyyəti haqqında və açılmış pozisiyaların barəsində tam məlumat ilə onu təmin edir. Hər istənilən zaman investor, ticarət hesabından öz şəxsi bank hesabına mənfəəti keçirdə bilər və yaxud ticarət hesabını ( açıq pozisiyalar olmadıqda) birdəfəlik bağlatdıra bilər.
Ölkədəki vəziyyətdən asılı olmamaq.
FOREX bazarında fəaliyyət müxtəlif dövlət strukturların və məmurların özbaşınalıq hərəkətlərindən asılı deyil - hər hansı bir hesaba həbs qoymaq və ya hər hansı bir işi təcrid etmək mümkün deyil.
Attestasiyanın, lisenziyanın və hər hansı bir icazənin alınmasına heç bir ehtiyac yoxdur. İşə başlamaq üçün , FOREX bazarına giriş imkanını təmin edən firma ilə müqavilə bağlanılır , treyder təyin olunur və ticarət hesabı açılır. Hesab açıldıqdan sonra, dərhal işə başlamaq olar.
İşin təşkilində sərf olunan minimal xərclər.
İşin təşkilinə sərf olunmuş xərclərin miqdarı pul vəsaitlərinin köçürülməsinin ticarət hesabının açılmasının ödənişi ilə təyin edilir. Birinci əməliyyata qədər investorun başqa xərcləri olmur.
Əməliyyatların aparılmasında minimal xərclər.
FOREX bazarında girişi mümkün elədiyi üçün , firma 5-10 bənd həcmində ( ölçüsündə) komissiya ( spred) toplayır. Spred sazişin davam etməsindən asılı olmayaraq . sazişin əvvəlində yığılır.
Çeviklik.
FOREX bazarında işə başlamaq da, yekunlaşdırmaq çox asandır. İstədiyin vaxta əməliyyatları saxlatdırmaq, mənfəəti götürmək və yaxud itkisiz hesabı bağlamaq olar, hansı ki, heç bir başqa biznesdə bu mümkün deyil.
İnvestor üçün minimal vaxtın sərf olunması.
Treyder təyin edildikdən sonra, investor öz əsas işlərindən ayrılmadan
( yayınmadan) ən minimal vaxt sərf edib, treyderin hərəkətlərini nəzarət edir. Sahibkar öz biznesi ilə məşğul olmağa, məzuniyyətə çıxmağa və ezamiyyətə getməyə vaxt tapır.
İnvestisiyaların diversifikasiyası imkanı.
Kifayət qədər böyük ticarət hesabı açıldıqda , müxtəlif valyutalar üzrə pozisiyaların açılması eyni zamanda mümkün olur və bu diversifikasiyanın sayəsində təhlükəni azaldır.
FOREX-da necə qazanmaq olar?
|
|
|
|
|
|